Среда, 27.11.2024, 18:57
Мой сайт
Приветствую Вас Гость | RSS
Menyu
Photo
Ulduz Ol
Reklam Yerləşdir
Sual Və Problemləriniz
Adminlə Əlaqə
Bölmə

Azəri Mp3 [0]
Türk Mp3 [1]
Prikol [0]
Xarici Mp3 [0]
İstək Mp3 [0]
Mobil Dünya [0]
Xəbərlər [0]
Şhow Biznes [0]
Sevgi [0]
Müxtəlif [0]
Şəkillər [7]
Lətifələr [0]
Rus Mp3 [0]
Kino Mp3 [0]
Gunesli Life [0]
Hacker [0]
Dini [0]
Bürclər [4]
Avto Dünya [9]
Şeirlər [0]
Həyat Tərzi [0]
İdman [2]

Son Şərhlər

Şərhi Yazdı:
Şərh: baliq burcunu
Şərhi Yazdı:
Şərh: Menim başıma gelecek hadiseler yaxşı ve pis
Şərhi Yazdı:
Şərh: За долгое время удачной работы в сфере http://otopleniepodklyuch.ru/ - отопления и водоснабжения наши специалисты накопили существенный опыт, поэтому предоставляем только лучшие и современные разработки в сфере создания http://otopleniepodklyuch.ru/ - систем отопления или водоснабжения.

Наши специалисты помогут правильно выбрать схему, установить современную систему отопления и водоснабжения, начиная с расчета и проектирования, заканчивая ее монтажом с последующим обслуживанием.
Şərhi Yazdı:
Şərh: B U ILIN BRCUNU OYRENMEK ISTIYIREM
Şərhi Yazdı:
Şərh: Salamlar men saytlari TK edirem.Elaqe "sedmoy.tk"
Şərhi Yazdı: _Gunesli_
Şərh: sad
Şərhi Yazdı: _Gunesli_
Şərh: YERI VAAAAR
Şərhi Yazdı: _YERAZ_
Şərh: ne pis

Reklam
Tezliklə
Tezliklə
Tezliklə
Tezliklə
Səs Ver
Saytimizin Dizayni Necedir?
Вütün Səslər: 24
Online,Sayğac

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
-Nickli User Bu gün Saytda Olub
Главная » 2010 » Май » 13 » Yollarımız boş qaldı
17:16
Yollarımız boş qaldı
Şəhərlərarası və beynəlxalq sərnişindaşıma ilə məşğul olan avtobusların gecə reyslərinə qoyulan qadağa şəhər sakinlərinin narazılığına səbəb olub. Bakı sakini Xalid Kazımov ANS PRESS-ə bildirdi ki, özü Bakıda işləsə də, ailəsi Şəkidə yaşayır və 2-3 ayda bir dəfə yaxınlarını görməyə gedir. Yeni qərar isə onun planlarını alt-üst edib. "Mən həftənin altı gününü işləyirəm. Ailəmi görmək istəyəndə, şənbə günü işdən çıxaraq gecə reysi ilə rayona gedirdim. Bazar günü səhər artıq rayonda olurdum. Ailəmlə bir gün keçirib, yenidən bazar günü gecə reysi ilə Bakıya qayıdırdım. Bu, mənə vaxt baxımdan çox böyük xeyir verirdi”.

X.Kazımov deyir ki, indi o, yaxınlarını görmək istəsə, gərək yol maşını ilə, yəni taksi ilə gedə, bu isə ona maddi baxımdan əlverişli deyil.

Cəmil Əfəndiyev adlı digər şəhər sakini isə deyir ki, sərnişin avtobuslarının gecə reysinin qadağan olunmasından sonra şəhərlərarası taksilərin sürücüləri də qiymətləri qaldırıb.

Xatırladaq ki, son günlər Bakı-Qazax yolunda bir neçə yol qəza hadisəsi baş verib. Gecə reysi həyata keçirən Bakı-Gəncə avtobusunun "Kamaz” markalı maşınla toqquşması, həmçinin Bakı-Qazax avtobusunun digər avtobusla toqquşması nəticəsində onlarla sərnişin həyatını itirmiş, bir çoxu isə xəsarət almışdı.

Yol qəzalarının kəskin artması və bu qəzaların sırasında gecə reysi həyata keçirən sərnişin avtobuslarının da xüsusi yer alması Nəqliyyat Nazirliyinin rəsmilərini ciddi addım atmağa məcbur etdi. Dünən Nazirliyin "Avtonəqliyyatservis” Departamenti həm beynəlxalq, həm də şəhərlərarası reyslərdə avtobusların gediş-gəlişinə məhdudiyyət qoyulması haqqında əmr verib.

Əmrdə Beynəlxalq və şəhərlərarası avtobus marşrutlarının hərəkəti gecə saat 01:00-dan səhər saat 06:00-dək qadağan edilməsi nəzərdə tutulub.

Məsələ ilə bağlı "Nəqliyyatçılar” İctimai Birliyinin sədri Natiq Ələkbərov ANS PRESS-ə açıqlamasında imzalanan əmrin səhv bir addım olduğunu bildirdi. "Qəbul olunan qərar əslində səhvdir. Birinci növbədə bunun nəticəsində şəhərdə onsuzda sıx olan nəqliyyatın hərəkəti daha da çətinləşəcək. Təsəvvür edin ki, gecə səfərə çıxmağa hazırlaşan sərnişinlər də gündüz getməyə məcbur olacaq. Bu zaman şəhərdə tıxaclar daha da mürəkkəbləşəcək. Əslində bu addımı atanlar əhalinin imkansız təbəqələrini düşünməyiblər. Çünki burada zərbə yalnız imkansız sərnişinlərə dəyir. Avtobusların gecə hərəkətlərinin qadağan olunması taksi sürücülərini də sevindirir. Onlar gecə gediş haqlarını ikiqat artırıb” bildirən ekspert vəziyyətin bundan sonra çətinləşəcəyini vurğuladı.

Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, beynəlxalq və şəhərlərarası marşrutlarda çalışan sürücülərə artıq göstərişlər verilib ki, gecələr yola çıxmasınlar. Nazirliyin mətbuat katibliyinin müdiri Namiq Həsənov bu addımın sərnişinlərin təhlükəsizliyini qorumaq məqsədilə atıldığını vurğuladı.

Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini Balakişi Əhmədov da ANS-ə açıqlamasında bildirib ki, müvafiq qərar sürücülərin sükan arxasında yuxulaması və nəticədə baş verən qəzaların sayının artması ilə bağlıdır.

Məsələ ilə bağlı Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzala getdik. Orada sürücülərdən öyrəndik ki, beynəlxalq və şəhərlərarası sərnişin daşınmasında avtobusların gecə reyslərinə qoyulan məhdudiyyət onlar üçün müəyyən problemlər yaradıb. Gecə üçün nəzərdə tutulan reyslərdən istifadə edən müştəriləri itirdiklərini söyləyən sürücülər burada qazanan yalnız qanunsuz fəaliyyət göstərən avtobus və taksi sahiblərinin olduğunu bildirdilər. Qaxa gecə reysi ilə çıxmalı olduğu təqdirdə, gündüz saat 01.00-də çıxan Nizami adlı sürücü artıq plan yığımı baxımından da problemlər çıxdığını vurğuladı. Digər sürücülər də deyilənlərlə bağlı eyni problemlər yaşadıqlarını bildirdilər. Avtovağzalda o da məlum oldu ki, avtobusların fəaliyyətinə qoyulan məhdudiyyətlərlə əlaqədar nəzərə çarpan problemlərdən biri də Dəmir Yol Vağzalında yaranmış sıxlıqdır.

Yaşanan xoşagəlməz hallardan birinin də taksi və qanunsuz fəaliyyət göstərən avtobus sürücülərinin gediş haqlarını qaldırılmasıdır. Bu haqda Kamil adlı sərnişin gileyləndi. Taksi sürücüləri də mayın 6-dan avtobusların gecə reyslərinə qoyulan qadağa ilə bağlı müştərilərinin artdığını bildirdilər. Lakin gediş haqqı baxımından heç bir artımın olmadığı da taksi sürücüləri tərəfindən səsləndirildi.

Məsələ ilə bağlı ANS PRESS-ə açıqlamasında Avtovağzalda fəaliyyət göstərən "M.Trans” şirkətinin iqtisadiyyat və ictimaiyyət şöbəsinin müdiri Mətləb Abidi bildirdi ki, Nəqliyyat Nazirliyi "Avtonəqliyyatservis” departamentinin əmrinə əsasən beynəlxalq və şəhərlərarası avtobusların hərəkəti gecə saat 01:00-dan səhər saat 06:00-a qədər qadağan edilib. Avtobusların qrafiki elə hesablanır ki, Bakıdan çıxan, yaxud da, hər hansı istiqamətdən Bakıya gələn avtobus gecə saat 01.00-dək mənzilbaşına yetişə bilsin. Bu addımın atılmasına səbəb sərnişindaşınmada baş vermiş yol-nəqliyyat hadisələrinin əsasən gecələr baş verməsidir.

"Biz öz iqtisadi durumumuzu ikinci plana çəkirik, bizim üçün əsas insan faktorudur. Bir müddət keçəndən sonra müəyyən qaydalar tətbiq oluna bilər ki, bunun nəticəsində ola bilsin ki, avtobusların gecə reyslərinə qismən də olsa icazə verilsin” söyləyən Mətləb Abidi hazırda gecə reyslərində işləyən avtobusların da gündüz reyslərinə əlavə olunduğunu və bunun nəticəsində sərnişin sıxlığının yaranmasının qarşısını mümkün qədər alındığını vurğuladı. Əvvəlcədən gecə reyslərinə alınan biletlər isə sərnişinlərin istəyilə gündüz vaxtına dəyişdirilə, yaxud da geri qaytarıla bilər.

ANS PRESS-ə açılaqlamasında Bakı Dəmir Yolu Vağzalının (BDYV) rəisi Nizaməddin Eminov onsuz da əvvəldən Bakı Dəmir Yolu Vağzalında sərnişin sıxlığı olduğunu, dünənki əmrdən sonra bunun bir az da qabarıq şəkildə özünü biruzə verdiyini bildirdi. Lakin çalışaraq bunun öhdəsindən gəldiklərini vurğulayan Eminov qatarlara əlavə vaqonların qoşulmasının ilk tədbirlərdən biri olduğunu qeyd etdi. Sonda Vağzalın rəisi sərnişinin rahatlıq baxımından qatara üstünlük verdiyini vurğuladı.

Avrobusların gecə reyslərinə məhdudiyyət qoyulması ilə bağlı Dəmir Yol Vağzalında yaranan sərnişin sıxlığı ilə bağlı vağzalın mətbuat rəisi Nadir Əzməmmədov ANS PRESS-ə açıqlamasında bildirdi ki, sərnişin sıxlığı artıq dünəndən hiss olunmaqdadır: "Biz bunu əlavə vaqon qoşulmaları ilə tənzimləməyə çalışırıq. Qərb istiqamətində sıxlıq daha çoxdur. Konkret "Böyük kəsik” istiqamətində sərnişin sıxlığı özünü qabarıq biruzə verir”.

Biz də öz növbəmizdə zamanından asılı olmayaraq, yolda olan bütün sürücü və sərnişinlərə mənzilbaşına salamat çatmağı, səfərlərinin qəzasız ötüşməsini arzulayırıq.


Просмотров: 866 | Добавил: _YERAZ_ | Рейтинг: 0.0/0
Всего комментариев: 1
1 _YERAZ_  
0
ne pis

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Sayta Giriş
Istifadəçi adınız
Гость
Ip Adres:18.191.162.73 
Şəxsi məlumatınız
Şəxsi ismarıcların()
Xəbər əlavə et
Çıxış
Ulduz Ol
Adi:Boşdur
Soyadi:Boşdur
Yaş:Boşdur
Ölkə:Boşdur
Səlahiyyət:Qonaq
İp Adresi:18.191.162.73
e-Mail:Boşdur
Msn:Boşdur
Mobil:Boşdur
Haqqinda:Boşdur
Son Şəkillər
Aktiv 10 User Xəbər
_YERAZ_
Xəbər Sayı 17
Şərh Sayı 1
___________
_Gunesli_
Xəbər Sayı 7
Şərh Sayı 2
___________
Reklam

Təqvim
«  Май 2010  »
ПнВтСрЧтПтСбВс
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31
Axtar
Dost Saytlar
Copyright MyCorp © 2024Создать бесплатный сайт с uCoz